Təchizat və satınalma
Çində satınalma şöbəniz
Sifariş verildikdən sonra işin çoxu yeni başlayır: istehsalın gecikməsi, dəyişən qablaşdırma, səhv sənədlər. Hər sifarişi istehsalçı ilə birbaşa əlaqədə izləyir, həftəlik hesabat verir və malı logistikaya hazır vəziyyətdə təhvil veririk.
Xidmət haqqında
Sifarişin verilməsi işin sonu deyil, başlanğıcıdır. İstehsal qrafiki, xammalın vaxtında alınması, qablaşdırma, ixrac sənədləri — bu mərhələlərin hər birində gecikmə və ya səhv bütün təchizatı ləngidə bilər.
Sifarişinizi istehsalçı ilə birbaşa əlaqədə idarə edirik: şərtləri razılaşdırır, istehsalın gedişini izləyir, sənədləri yoxlayır və yükü daşımaya hazır vəziyyətdə təhvil veririk. Müqaviləni istehsalçı ilə siz bağlayır, ödənişi də birbaşa ona edirsiniz; biz müştərilərin pulunu saxlamır və ötürmürük.
Xidmətin məzmunu
Nə edirik
- 01Qiymət və şərtlər üzrə danışıqlar, sifariş (PO) və proforma invoysun yoxlanması
- 02Ödəniş qrafikinə nəzarət: avans, qalıq və rekvizitlərin uyğunluğu
- 03İstehsalın izlənməsi: həftəlik foto və müddət hesabatı
- 04Qablaşdırma, etiket və Azərbaycan bazarı üçün markalanma
- 05İxrac və gömrük üçün sənədlərin düzgün hazırlanması
- 06Bir neçə təchizatçının malının anbarda birləşdirilməsi
Proses
İş necə gedir və nə qədər çəkir
01
Sifariş
1–3 gün
Son qiymət, spesifikasiya, müddət və ödəniş şərtləri yazılı razılaşdırılır.
02
Avans
1–2 gün
Rekvizitləri yoxlayırıq, siz avansı ödəyirsiniz, istehsal başlayır.
03
İstehsal
məhsula görə
Həftəlik hesabat; gecikmə riskini əvvəlcədən görürük.
04
Yoxlama
1–2 gün
Göndərişdən əvvəl keyfiyyət yoxlaması.
05
Qalıq və sənədlər
2–3 gün
Qalıq ödənişi, sənədlərin yoxlanması və yükün logistikaya təhvili.
Lazım olan sənədlər
Hər partiya üçün sənədlər
- Müqavilə və ya sifariş (PO)
- Kommersiya invoysu və qablaşdırma vərəqəsi
- Mənşə sertifikatı
- Daşınma sənədi: CMR, dəmir yolu qaiməsi, konosament və ya aviaqaimə
Mal növündən asılı olaraq
- Uyğunluq sertifikatı və ya test protokolu
- Fitosanitar və ya baytarlıq sertifikatı
- Təhlükəsizlik məlumat vərəqi (kimyəvi mallar)
Xidmət haqqı
Xidmət haqqı nədən ibarətdir
- Bir sifariş
- Sifarişin həcminə görə sabit məbləğ
- Müntəzəm alış
- Aylıq ödəniş
- Keyfiyyət yoxlaması
- Ayrıca və ya paketdə
Suallar
Müştərilərin sualları
Ödənişləri kim edir?
Ödənişi siz öz bankınızdan birbaşa təchizatçıya edirsiniz. Biz rekvizitlərin müqavilə tərəfinə aid olduğunu, məbləği və vaxtı yoxlayırıq.
Bir neçə təchizatçının malını birləşdirmək olarmı?
Bəli. Mallar Çində anbarda toplanır, yoxlanır və bir partiya kimi göndərilir; bu, daşınma xərcini azaldır.
Etiketlər Azərbaycan dilində olmalıdırmı?
İstehlakçıya satılan mallarda məlumat dövlət dilində olmalıdır. Etiketi zavodda hazırlatmaq, mal gəldikdən sonra yapışdırmaqdan ucuz başa gəlir.
İşin gedişini necə izləyəcəyəm?
Hər həftə foto və müddət hesabatı göndəririk; gecikmə və ya keyfiyyət problemi barədə eyni gün xəbər veririk.
Layihənizi müzakirə edək
Məhsul və ya layihə, həcm və müddət barədə bir neçə cümlə kifayətdir. Bir iş günü ərzində cavab verir, addımları və müddəti göstərən yazılı təklif göndəririk.




